"Qərb Qafqazda vəziyyətə mənfi təsir göstərir" - KTMT
Qərb Qafqaz regionunda vəziyyətə mənfi təsir göstərir.
Xeberlent.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilev deyib.
"Kollektiv Qərb Qafqaz regionunda qeyri-sabitliyi gücləndirir. Əfqanıstandan narkotiklərin, terrorizmin və ekstremizmin yayılması risklərinin azalmadığı Mərkəzi Asiya regionunda vəziyyət daim gərgindir”, - Vasilev qeyd edib.
Diplomat həmçinin NATO-nun Rusiya və Belarus sərhədləri yaxınlığında fəallığının artdığını, o cümlədən nüvə potensialına malik silah sistemlərinin yerləşdirilməsinin mümkünlüyünü bildirib.